Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN Ermənistanı NATO ilə bağlı ciddi xəbərdarlıq edib

Rusiya XİN Ermənistanı NATO ilə bağlı ciddi xəbərdarlıq edib

Tarix: 28 Dekabr 2023 08:22

"Rusiya Federasiyası gözləyir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan alyansla bir neçə onlarla tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları blokun bir sıra dövlətlərində təlimlər keçir.

"Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və "parçala və idarə et" sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır".

Milli.Az


Etiketlər:  Rusiya XİN Ermənistanı NATO ilə bağlı ciddi xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ