Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avronun “atası” öldü

Avronun “atası” öldü

Tarix: 28 Dekabr 2023 12:40

Avropa İttifaqı ölkələrinin vahid valyutası - avronun dövriyyəyə buraxılmasında əsas rol oynamış Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor 98 yaşında dünyasını dəyişib. Bu barədə "Frans Press" agentliyinə onun qızı Martina Obri bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Jak Delor özünün Parisdəki iqamətgahında vəfat edib. Fransanın görkəmli siyasətçisi Prezident Fransua Mitteranın hakimiyyəti dövründə - 1981-1984-cü illərdə bu ölkənin maliyyə naziri vəzifəsini tutub. Delor 1985-ci ildə sonradan Avropa Komissiyası adlandırılan Avropa İcmalar Komissiyasının prezidenti seçilib və üç dəfə ard-arda seçilməklə, 1995-ci ilədək bu vəzifəni icra edib.

Jak Delorun rəhbərliyi ilə Avropada yeni inteqrasiya prosesinə başlanılıb. 1985-ci ildə Şengen sazişi imzalanıb, daha sonra onun hazırladığı proqram Avropa İttifaqının vahid valyutasının dövriyyəyə buraxılması ilə nəticələnib.


Etiketlər:  Avronun atası öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ