Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentina dövlət mətbuatını özəlləşdirir

Argentina dövlət mətbuatını özəlləşdirir

Tarix: 28 Dekabr 2023 13:26

Argentina hökuməti parlamentə 41 dövlət şirkətinin, o cümlədən neft-qaz şirkəti YPF-nin özəlləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Musavat.com TASS-a istinadən xəbər verir ki, hökumət bu addımını "dövlətin fəaliyyətinin əsas funksiyaları üzərində cəmləşdirilməsi zərurətini nəzərə alaraq daha böyük rəqabəti və iqtisadi səmərəliliyi təmin etmək, vergi yükünü azaltmaq, vergi yükünün keyfiyyətini yüksəltmək məqsədilə" əsaslandırıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hökumətin parlamentə göndərdiyi sənəddə qeyd edilir ki, özəlləşdimə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, özəl investisiyaların stimullaşdırılması və şirkət rəhbərliyinin peşəkar səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq.

YPF-dən başqa, siyahıya "Aerolineas Argentinas" hava şirkəti, "Banco Nación" bankı, su təchizatçısı "Aysa", geostasionar rabitə operatoru ARSAT, dəmir yolu şirkəti "Ferrocarriles Argentinos", poçt xidməti operatoru "Correo Argentino" və dövlət mediası daxildir.

Dekabrın 10-da Xavyer Miley Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok terapiyasına ehtiyac olduğunu bildirib. Liberal siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və bütün dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir.


Etiketlər:  Argentina dövlət mətbuatını özəlləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ