Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 12:48
"Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" fərmanda dəyişikliklər edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.
Fərmana əsasən, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi.