Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Tarix: 29 Dekabr 2023 18:34

Mərhum müğənni Maykl Ceksonun qardaşı, "The Jackson 5" qrupunun üzvü olan musiqiçi Cermeyn Cekson təcavüzdə günahlandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, Rita Barrett adlı qadın tərəfindən məhkəməyə verilib. Rita musiqiçini evinə girib ona təcavüz etməkdə ittiham edib. Onun sözlərinə görə, hadisə 1988-ci ildə baş verib.

Cermeyn ona qarşı irəli sürülən ittihamlara münasibət bildirməyib.

Qeyd edək ki, daha əvvəl M.Cekson 1993-cü ildə pedofiliyada ittiham olunub. Mərhum müğənni o vaxt 13 yaşında olan Cordan Çandlerə təcavüz etməkdə ittiham olunurdu. Lakin Cordanın atası Mayklla milyon dollarlıq sövdələşmə etdikdən sonra işə xitam verilib. 2003-cü ildə bir neçə başqa şəxs Ceksona qarşı ittihamlar irəli sürüb ki, onlar arasında işçiləri də olub.

Milli.Az


Etiketlər:  Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ