Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkün dediyi oldu: Səudiyyə geri çəkildi

Türkün dediyi oldu: Səudiyyə geri çəkildi

Tarix: 29 Dekabr 2023 20:16

Bugün Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə Səudiyyə Ərəbistanını paytaxtı Ər Riyadda "Qalatasaray" və "Fənərbaxça" klubları arasında super kubok oyunu planlaşdırılıb. Milli.Az bildirir ki, ərəblər matç öncəsi 4 şeyə icazə verməymişdilər:

- Atatürk posteri;

- Yurdda sülh, cahanda sülh pankartı

- Atatürk köynəkləri;

- İstiqlal marşı

Hər iki klub rəsmiləri bu böhranla bağlı görüş keçrib birgə qərar veriblər. "Qalatasaray" rəsmisi bəyan etdi ki, İstiqlal marşı oxunmasa matça çıxmayacaqlar.

Türkiyə Futbol Federasiyasının məlumatına görə, oyunda dövlət bayrağı dalğalandırılacaq, Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı tədbirlər icra ediləcək.

Oyun şəhidlər üçün sayqı duruşu və dövlət himninin səsləndirilməsi ilə başlayacaq.

Qeyd edək ki, ərəblər bunların heç birinə icazə vermək istəmirdilər.

Milli.Az


Etiketlər:  Türkün dediyi oldu Səudiyyə geri çəkildi


RƏYLƏR