Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səkkiz kənd məsələsini belə həll edə bilərik” - Sanosyan

“Səkkiz kənd məsələsini belə həll edə bilərik” - Sanosyan

Tarix: 29 Dekabr 2023 20:38

Kəndlər məsələsi sərhədin delimitasiya və demarkasiyası prosesi çərçivəsində həll edilə bilər.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki,  bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan 8 kəndin Azərbaycana qaytarılması məsələsi ilə bağlı danışarkən deyib.

"Bu haqda dəfələrlə danışmışıq: bu, ya paralel, ya da sonrakı prosesdir. Azərbaycanın müəyyən etdiyi ərazilər var, bizim müəyyən etdiyimiz ərazilər var. Prosesi elə təşkil etmək olar ki, bu ərazilər müəyyən olunsun, bunun hüquqi əsasları götürülsün, sonra iki proses baş verə bilər: ya mübadilə, ya da digəri fiziki olaraq oranı tərk edərək müəyyən ərazi tənzimləmələri olsun. Suala demarkasiya və delimitasiya işçi qrupu çərçivəsində cavab verilə bilər", - ölkə rəsmisi bildirib.


Etiketlər:  Səkkiz kənd məsələsini belə həll edə bilərik Sanosyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ