Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müsəlmanlar Yeni ili qeyd edə bilər? - “İsa peyğəmbərin xatirinə...”

Müsəlmanlar Yeni ili qeyd edə bilər? - “İsa peyğəmbərin xatirinə...”

Tarix: 30 Dekabr 2023 22:24

Yeni il yaxınlaşdıqca ölkəmizdə bu bayramla bağlı müzakirələr və mübahisələr də böyüməyə başlayır. Bəzi insanlar, daha dəqiq desək, müsəlman olan əhali yeni ili şənliklə və təmtəraqlı şəkildə qarşılamağın günah olduğunu qeyd edir. Bu məsələ barədə ilahiyyatçıların da fikri birmənalı deyil. 

Sonxeber.net bildirir ki, "yeni sabah"a mövzu ilə bağlı danışan ilahiyyatçı Növrəstə İbrahimova bu barədə olan mübahisəli məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, dində bu bayram olmasa da, qeyd etməyin heç bir qəbahəti yoxdur: 

"Neçə illərdir bu mövzu barədə müxtəlif fikirlər səsləndirilir. Hər dəfə isə yeni il ərəfələrində bu tipli müzakirələr başlayır. Ən əsas da dindarlar arasında bu mübahisələr yaranır. Mən onlara bir tövsiyə vermək istəyirəm. Biz bu dünyada yaranmışıq və əsrlər boyu Milad tarixinə bağlı olmuşuq, bu təqvimlə ilimizi təhvil-təslim etmişik. Burada isə başqa bir şənlik və qeyri-adi işlər olmur. Həm də çox incə bir nöqtəyə toxunum ki, biz müsəlmanlarda digər millətlərdən fərqli olaraq, bu cəhətdən əxlaq və məqam üstünlüyü var. Qurani-Kərimdə adı çəkilən peyğəmbərlər, həmçinin ismi bu kitabda qeyd olunmayan 124 min peyğəmbərdən hansınınsa adı zikr olunanda, əlimizi ürəyimizin üzərinə qoyub, salam və salavatla yad edirik. Ürəyimizdən ayrıseçkilik keçmir ki, həmin peyğəmbər hansı din və millət üçün gəlib. Bizdə fərq yoxdur. Bütün peyğəmbərləri daima böyük hörmətlə anırıq. Onlardan biri də İsa peyğəmbərdir". 

İlahiyyatçı bu kimi mövzularda müzakirələrin əsassız və boş olduğunu vurğulayıb: 

"Onu da nəzərə çatdırım ki, o, yeni ildə yox, milad təqvimi ilə 25 dekabrda dünyada göz açıb. Müsəlmanlar bu barədə müzakirələr aparmaqla vaxtlarını boşa xərcləyirlər. Hətta evdə ərlə arvad arasında belə həmin mövzu mübahisəyə çevrilir. Biri deyir yolka qurulacaq, digəri isə günah olduğunu bildirir. Mən üzümü bu müzakirələrə səbəb olan insanlara tuturam ki, sizin çəkməyə başqa dərdiniz yoxdurmu? Ən azından İsa peyğəmbərin xatirinə bu bayramı ayaq altına almaq olmaz. Ağlımızdan istifadə edib, qabartmamaq şərti ilə, sadəcə köhnə ili təslim edib, yenisinin özümüz üçün qəbul edirik. Bir-birimizə "yeni təqvim ilimiz mübarək olsun" deyirik. Həmin mövzunun ailələrdə, dostlar arasında, cəmiyyətdə böyük müzakirə və mübahisələrə səbəb olmasının heç bir əsası yoxdur. Artıq qiyamətin nişanələrini yaşamağa başlamışıq. Ömrümüzə isə etibar yoxdur. Bu tamamilə Allahın əlindədir. Belə olan halda niyə vaxtımızı boş mövzulara sərf etməliyik? Əgər xalis müsəlmanıqsa, biz bu bayramı özümüz üçün təntənəli olmamaq şərti ilə qeyd edə bilərik". 

Həmsöhbətimiz onu da qeyd edir ki, İslam dinində millətə, əqidəyə, dinə görə ayrı-seçkilik salmaq düzgün sayılmır:

"Məhəmməd peyğəmbərdən Novruz bayramı haqda soruşublar ki, bu günləri bayram olaraq qeyd etmək olarmı? Bildirib ki, İslam dininə aid olmasa da, təbiət təzələnir və bu yazın gəlişi sanki təbiətə can verir, insanların və evlərin ab-havası dəyişirsə, bunu bayram kimi qeyd etmək olar. Belə mövzularda yeganə problem odur ki, insanlar boşuna bir-birinin ömrünü yeyib-bitirir. 

Bir məqamı da diqqətə çatdırım ki, ən böyük xristian alimi Corc Cordaq qədər Həzrəti Əlini tanıyan, araşdıran və hörmət edən islam alimi yoxdur. Bu səbəbdən düşməni təkcə millətə, dinə, əqidəyə görə axtarmaq doğru deyil". 


Etiketlər:  Müsəlmanlar Yeni qeyd edə bilər İsa peyğəmbərin xatirinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ