Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı general təhdid etdi: “Belə davam etsə...”

İranlı general təhdid etdi: “Belə davam etsə...”

Tarix: 31 Dekabr 2023 00:06

HƏMAS Hərəkatı oktyabrın 7-də İsrailə hücumu İranın köməyi olmadan planlaşdırıb və həyata keçirib.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının komandiri, general İsmayıl Qəni deyib.

İranlı general Fələstin hərəkatını "müstəqil müqavimət qrupu" adlandırıb.

"Fələstin müqaviməti öz işinə öz hazırlığı və qarşısına qoyduğu planla başlayıb. Etdikləri hər şey gözəl şəkildə planlaşdırılıb və icra edilib", - Qəni bildirib.

"Qüds" komandiri SEPAH generalı Razi Musəvinin Suriyada öldürülməsinə görə İsraili günahlandırıb.

Onun fikrincə, bu qətlin səbəbi İranı müharibəyə qatılmağa məcbur etməkdir:

"Razi Musəvini Qəzzada döyüş meydanında heç nə əldə edə bilmədiyiniz üçün öldürdünüz, İran sizin planlarınıza cəlb olunmayacaq".

Qəni molla rejiminin bölgədə dəstəklədiyi terrorçu qruplaşmalar adından ABŞ-ni də təhdid edərək bildirib ki, Amerika İraqdakı fəaliyyətlərini davam etdirsə, İraq "müqavimət"i buna cavab verəcək.


Etiketlər:  İranlı general təhdid etdi Belə davam etsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ