Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 00:44
Dinc sakinlərə qarşı hücum qəbuledilməzdir, bu kimi hallar qınanılmalıdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi Belqoroda həyata keçirilən hücumlarla bağlı məlumatında deyilir.
"Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur, qəbuledilməzdir, dərhal dayandırılmalıdır və şübhəsiz ki, pislənilməlidir", - deyə bildirilib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 111 nəfər isə yaralanıb.