Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əgər kişi qadına “səninlə evlənməyimə peşmanam”, “çıx get atanın evinə” və bu kimi sözlər söyləsə...

Əgər kişi qadına “səninlə evlənməyimə peşmanam”, “çıx get atanın evinə” və bu kimi sözlər söyləsə...

Tarix: 31 Dekabr 2023 04:02

Talaq İslam dinində icazə verilən, amma bəyənilməyən əməllərdən biridir, son dərəcə zərurət olmadan talaq vermək dinimizdə bəyənilmir. Bununla yanaşı talaq məsuliyyətli bir ayindir. Onun düzgün sayılması üçün bəzi şərtlərin olması vacibdir. Əks halda oxunmuş talaq batil sayılar və qadının növbəti evliliyi böyük günahlardan birinə çevrilər. Talağın səhih (düzgün) olmasının şərtlərindən biri onun şəriətdə icazə verilmiş tərzdə oxunmasıdır. Talağın sözləri müəyyən çərçivə daxilində söylənməlidir. Müctəhidlərin fikrincə talaq ərəb dilində və mütləq qadının adı çəkilməklə, "taliqun" (azaddır, boşanmışdır) ifadəsi ilə deyilməlidir, bu kəlməni başqa sözlə əvəz etmək olmaz. Kişi qadının əlindən hislənərkən ona başqa sözlərlə acıqlansa, evliliyə peşman olduğunu bildirsə, qadını evdən qovsa, hətta ərəb dilindən başqa dillərdə "səni boşayıram", "bu gündən biz boşanmış sayılırıq" kimi ifadələr və ya camaatın gözündə boşanmanı ifadə edən digər sözlər işlətsə də, talaq reallaşmış olmaz.

Milli.Az


Etiketlər:  Əgər kişi qadına səninlə evlənməyimə peşmanam çıx get atanın evinə bu kimi sözlər söyləsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ