Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2023 16:04
Ukraynada sutka ərzində ikinci dəfə hava hücumu xəbərdarlığı elan edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri Komandanlığı raketin Kirovoqrad vilayətində şimal-qərbə doğru atıldığı barədə məlumat verib.
İlkin olaraq Dnepropetrovsk, Kirovoqrad və Nikolayev vilayətlərində yerli vaxtla saat 13:10-da hava hücumu xəbərdarlığı elan edilib. 15 dəqiqədən sonra - Kiyevdə və digər bölgələrdə də xəbərdarlıq olub.
Bazar günü səhər saatlarında Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən bir saat davam edib.