Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

Tarix: 1 Yanvar 2024 17:58

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Regional Perinatal Mərkəzində dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, 2024-cü il yanvarın 1-də saat 09:50 də doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.

Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Nurlana Alıyeva təbii doğuşla körpəni dünyaya gətirib və bu ailənin üçüncü övladıdır. Doğuş həkim ginekoloq Məftunə Əlizadə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.

Milli.Az


Etiketlər:  Gəncədə dünyaya gələn 2024 ilin ilk körpəsi qız uşağıdır


RƏYLƏR