Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bitcoin”in qiyməti 45 min dolları ötdü

“Bitcoin”in qiyməti 45 min dolları ötdü

Tarix: 2 Yanvar 2024 21:40

Dünyanın ən bahalı kriptovalyutası olan "Bitcoin"in qiyməti 45 min dolları ötüb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 2023-cü ili 42,1 min dollarlıq qiymətlə başa vuran "Bitcoin"in dəyəri hazırda 45,5 min dollardır.

Bu kriptovalyutanın yenidən bahalaşmasına səbəb ABŞ-də faizlərin artmayacağına dair əminliyin yaranması və dolların ucuzlaşmasıdır. Sadalanan səbəblərlə əlaqədar olaraq son iki ayda "Bitcoin" davamlı bahalaşır. Ötən ilin noyabrında 27 min dollara satılan "Bitcoin"in dəyəri hazırda 18,5 min dollar, yəni 68,5 faiz yüksəkdir.

"Bitcoin"in qısa müddətdə belə sürətlə bahalaşmasından sonra onun bazar həcmi 888 milyard dollara çatıb.

Milli.Az


Etiketlər:  Bitcoinin qiyməti 45 min dolları ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ