Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərzaq məhsulları kəskin bahalaşdı

Ərzaq məhsulları kəskin bahalaşdı

Tarix: 3 Yanvar 2024 10:18

Fransada son il yarım ərzində ərzaq qiymətlərində kəskin artım olub.

Milli.Az report-a istinadən xəbər verir ki, ölkədə 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər ərzaq qiymətləri 17,9 % artıb. Xüsusilə çörəyin, ətin və südün qiyməti kəskin bahalaşıb.

"E.Leclerc" supermarketlər şəbəkəsinin rəhbəri Mişel-Eduard Leklerkin sözlərinə görə, yaxın gələcəkdə ərzaq qiymətləri 6-8 % artmaqda davam edə bilər. Belə ki, istehsalçı şirkətlər istehsal xərclərinin artmasına işarə edir ki, bu da qiymətlərin yüksəlməsini zəruri edir.

Qeyd edək ki, aparıcı Avropa ölkələrində ÜDM-in azalması fonunda qiymət artımı qitə iqtisadiyyatının üzləşdiyi çətinliklərdən xəbər verir.

Milli.Az


Etiketlər:  Ərzaq məhsulları kəskin bahalaşdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ