Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 15:06
2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşların baş verməsi üçün ilkin şərtlərdən biri prezident Nursultan Nazarbayevin rəsmi istefasından sonra ölkədə ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Egemen Qazaqstan" qəzetinə müsahibəsində bildirib.
"Həqiqətən də ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub və deməliyəm ki, bu cəhdlər məqsədyönlü və mütəşəkkil olub. "Hakimiyyət tranziti"nin mövcud siyasi vəziyyətində siyasi manipulyatorlar bir növ paralel güc mərkəzi formalaşdırıblar. Bizim ölkəmizdə prezident və ali baş komandan, həmçinin eks-prezidentin simasında Təhlükəsizlik Şurasının sədri fəaliyyət göstərib. Bu, son nəticədə hakimiyyət toqquşmasına gətirib çıxarmaya bilməzdi. Nə olursa olsun, mən hesab edirəm ki, dövlətdə böyük-kiçik prezident olmamalıdır. Gedirsensə, get! Gələcəkdə ölkə vətəndaşları bu vəziyyətdən dərs götürməli, belə şeylərdən uzaq durmalı və yalnız dövlətin maraqları və cəmiyyətin birliyi haqqında düşünməlidirlər", - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Kasım-Jomart Tokayev ilk dəfə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə 2022-ci ilin yanvar iğtişaşları ilə bağlı söhbətindən də danışıb.
"Mən Nazarbayevə birbaşa dedim ki, siyasi oyunlar, xüsusən də onun ən yaxın adamlarının oyunları az qala ölkəni parçalayırdı", - deyə Tokayev qeyd edib.