Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran səfiri: Ermənistandan dəhliz ola bilməz!

İran səfiri: Ermənistandan dəhliz ola bilməz!

Tarix: 3 Yanvar 2024 17:16

Mövqeyimiz dəyişməyib: biz sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir, bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib.

Onun sözlərinə görə, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur.

"Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin "Dünyanın kəsişməsi" proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər", - deyə Sübhani bildirib.


Etiketlər:  İran səfiri Ermənistandan dəhliz bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ