Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 22:30
ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.
Sonxeber.net report.az-a istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 06:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində "Məhəmməd" məscidinin yaxınlığında baş verib. Adı açıqlanmayan imam (namaz rəhbəri və ruhani - red.) xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Atışmanın təfərrüatı açıqlanmır.