Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 00:24
İranda baş verən partlayışla bağlı bu dəqiqəyə qədər müxtəlif ehtimallar səsləndirilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, məlumatlar sosial şəbəkədə cəmləşdirilib.
İddialar belədir:
- qaz balonları partlayıb;
- partlayışı kamikadze törədib (media əməkdaşı iddia edib);
- bomba partlayıb (Qızıl Aypara);
- partlayış zibil qutusunda baş verib (hadisə şahidləri);
- iki çantadakı bomba uzaqdan idarəetmə vasitəsi ilə partladılıb (İran mediası);
- iki kamikadze partlayıcı kəmərlə özünü partladıb (Cəlali, Kirman nümayəndəsi);
- iki avtomobil partladılıb (sosial media).
Qeyd edək ki, hadisənin dəqiq səbəbi ilə bağlı araşdırma aparılır və rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, bu gün Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.