Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

ABŞ-ın Suriyadakı bazası hücuma məruz qalıb

Tarix: 4 Yanvar 2024 08:00

"İraqın İslami Müqaviməti" silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı "Ət-Tanf" bazasına hücum etdiyini açıqlayıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə TASS hərəkatın sosial şəbəkələrinə istinadən xəbər verir.

Açıqlamaya görə, ABŞ-ın Suriyadakı hədəflərinə hücum İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin ətraf bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.

Hansı zərbənin vurulduğu məlum deyil. "Ət-Tanf" bazası Suriyanın cənub-şərqindəki eyniadlı qaçqın düşərgəsindədir - Amerika hərbçiləri BMT-nin mandatı və Suriyanın beynəlxalq səviyyədə tanınmış hakimiyyət orqanlarının dəvəti olmadan, qeyri-qanuni olaraq Ərəb Respublikasının ərazisində yerləşir.


Etiketlər:  ABŞ Suriyadakı bazası hücuma məruz qalıb


RƏYLƏR