Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 19:22
Hindistan Kiyevə artilleriya mərmiləri tədarük etməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu məsələ ilə bağlı mətbuatda da yazılanları gördük. Amma biz bu informasiyanı qəti şəkildə rədd edirik", - məlumatda bildirilib.
Qeyd edək ki, Hindistanın "EurAsian Times" nəşri ölkəni Ukrayna-Rusiya müharibəsində tərəf tutmaqda ittiham edib. Eyni zamanda, Ukrayna ordusunun Hindistan istehsalı olan artilleriya mərmilərindən istifadə etməsi ilə bağlı videolar yayımlanıb.