Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 19:36
İŞİD İranın Kirman şəhərində baş verən 2 partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Terror Alarm" X hesabı məlumat yayıb.
İranın "Həmşəhri" qəzeti partlayışlardan birinin kamikadze tərəfindən törədildiyini, ikinci partlayış barədə araşdırmaların davam etdiyini yazıb.
Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.