Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2024 21:38
Rusiyanın Yekaterinburq şəhərində sərxoş halda olan 30 yaşlı kişi arvadı ilə mübahisə edib və azyaşlı qızını beşinci mərtəbənin pəncərəsindən atıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bir yaşlı qızcığaz dörd gün qarın altında qalıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Cütlük dekabrın 30-da mübahisə edib, uşaq Posadskaya küçəsindəki evin yaxınlığında, şaxtalı havada qar topasının altında qalıb və valideynlər onu unudublar. Qızcığaz yalnız yanvarın 3-də tapılıb.
Uşağın atası dərhal polis tərəfindən saxlanılıb.
Məlum olub ki, o, əvvəllər quldurluq, oğurluq və dələduzluq üzrə məhkum edilib. İndi isə ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi üzrə cinayət işi açılıb və 20 ilə qədər həbs cəzası gözləyir.