Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyər və öd kisəsini bərpa edən 3 içki - Evdə hazırlayın

Qaraciyər və öd kisəsini bərpa edən 3 içki - Evdə hazırlayın

Tarix: 4 Yanvar 2024 22:48

Qaraciyər və öd kisəsinin fəaliyyətini bərpa etmək üçün təbii bitkilərdən üçü daha faydalıdır.

Milli.Az evdə hazırlaya biləcəyiniz metodları təqdim edir.

1. Qarğıdalı saçaqları

Aptekdən də hazır çayını ala bilərsiz.

Saçaqlar qaraciyər və ödə iltihab əleyhinə təsir edir, o, askorbin turşusu, maqniy ilə zəngindir.

Qaraciyəri təmizləyir, detoks edir.

Yağ-piy mübadiləsi düzəlir, ödün axarı təmizlənir, öd durulaşır.
Saçaqları dəmləyib, 5 gün için.

Allergiyası olanlara, uşaq və hamilələrə olmaz. Qarğıdalı saçağı tromb yarada bilər, diqqətli olun.

2. Karkade - məkkə gülü çayı

Qırmızı güllərdən çay kimi tanıdığımız turşaşirin dadlı bitki. Karkadenin müalicəvi təsiri elmi olaraq sübut olunub.

Qaraciyərdə şiş, xərçəng riskini azaldır, detoks edir. Dərman qəbul edənlər, virusu olanlar bu çayı çox içsin.

Karkade orqanizmdən artıq duzlar, toksinlər, radioaktiv maddələr və s. çıxarır.
Qaraciyərdə D vitaminin toplanmasına kömək edir.

3. Öd kisəsi üçün bitki yığnağı

Bu yığnağıın dəvətikanı, çobanyastığı, zveroboy, itburnu, cökə çiçəyi, boymadərən olmalıdır. Əgər ayrı-ayrı alsanız, hərəsindən 1 xörək qaşığı miqdarında götürülür, qarışdırılıb, termosda qaynar suda dəmlənir

Bunlar ödü təmizləyir, aktivləşdirir.

Bİr şərtlə ki, ödünüzdə iri, hərəkətli daşlar olmasım.

Aptekdə öd üçün bu bitkilər olan hazır çaylar var. /medicina.az

Milli.Az


Etiketlər:  Qaraciyər öd kisəsini bərpa edən 3 içki Evdə hazırlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ