Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 07:22
ABŞ dövlət katibi Entoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Blinken Vaşinqtonun İsveçin NATO-ya qəbulu ilə bağlı sənədlərin dərhal ratifikasiyasına dəstəyini ifadə edib.
Dövlət katibi dekabr ayında iki ölkə arasında müdafiə tərəfdaşlığı sazişinin imzalandığını təsdiqləyib.
Blinken vurğulayıb ki, İsveçin NATO-ya daxil olması bütün müttəfiqlərə fayda verə bilər.