Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı artdı

Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı artdı

Tarix: 6 Yanvar 2024 09:42

Yaponiyada silsilə zəlzələ nəticəsində ölənlərin sayı 110-a çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Yaponiyanın regional hakimiyyət orqanlarının məlumatları təsdiq edir.

Yaponiyada zəlzələlər nəticəsində ölənlərin sayı 2016-cı ildən, ölkənin cənub-qərbindəki Kumamoto prefekturasında 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq 100 nəfəri ötüb.

Bundan əlavə, son məlumatlara görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Ən böyük ziyan İşikava prefekturasına dəyib: orada 250-dən çox ev, yanğınlar isə 300-ə yaxın binanı məhv edib.

Təsirə məruz qalan bölgədə elektrik və su çatışmazlığı və yanacaq çatışmazlığı davam edir.

Milli.Az


Etiketlər:  Yaponiyada silsilə zəlzələlər nəticəsində ölənlərin sayı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ