Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 19:05
10 və 12 yaşlı qızları ilə birlikdə təyyarə qəzasında həlak olan Hollivud aktyoru Kristian Oliverin faciəvi qəzadan 3 gün əvvəl sosial şəbəkədə izləyicilərinə "cənnətdən salamlar" məzmunlu mesaj ünvanladığı məlum olub.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "The New York Post" qəzeti yazıb.
Nəşr qeyd edir ki, faciədən cəmi üç gün əvvəl Oliver istirahətdə olduğu Karib dənizindəki çimərlikdən fotosunu sosial şəbəkələrdə yerləşdirib. "Cənnətin bir guşəsindən salamlar! Cəmiyyətə və sevgiyə doğru... 2024, biz buradayıq", - K.Oliver postda yazıb.
Nəşrin jurnalistləri bu təsadüfü "tükürpədici" adlandırıblar.
Aktyor Kristian Oliver Karib dənizində şəxsi təyyarəsi ilə qəzaya uğrayıb. Aktyorun 51 yaşı var idi.
Oliver Almaniyada anadan olub, lakin demək olar ki, bütün həyatını ABŞ-da yaşayıb, "Yaxşı alman", "Sürətli yarışçı" və "Valkiriya" filmlərindəki rolları ilə tanınır. Bundan əlavə, o, bu yaxınlarda "İndiana Cons" franşizasının son hissəsinin çəkilişlərində iştirak edib.