Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 22:12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri kimi ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik, - Blinken sosial media hesabında görüşlə bağlı açıqlamasında qeyd edib.