Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fici sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

Fici sahillərində qayıq qəzaya uğrayıb, ölənlər var

Tarix: 7 Yanvar 2024 06:28

Fici arxipelağı sahillərində qayıq qəzası nəticəsində 3 nəfər boğulub, 12 yaşlı uşaq itkin düşüb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Radio New Zealand" məlumat yayıb.

Məlumata görə, göyərtəsində 16 sərnişinin olduğu qayıq paytaxt Suvadan 300 km şərqdə yerləşən Tuvuka adasının sahillərində çevrilib. Ada dövlətinin polisinin qeyd edib ki, batmış qayığın 12 sərnişini xilas edilib, daha 3 nəfərin meyiti sonra tapılıb, 12 yaşlı qız isə itkin düşənlər siyahısındadır.

Fici polisi qəzadan dərhal sonra başlayan uşaq axtarışlarının davam edəcəyini bildirib.


Etiketlər:  Fici sahillərində qayıq qəzaya uğrayıb ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ