Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 18:14
Rusiya vətəndaşları miqrantlardan qorxmamalıdır, çünki ruslar gəlmələrdən daha çox cinayət törədirlər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titov deyib.
"Rusların miqrantlardan qorxduğu mənə yaxşı məlumdur. Baxmayaraq ki, tamamilə əsassızdır. Daxili İşlər Nazirliyinin statistikasına görə, Rusiya vətəndaşları miqrantlardan daha çox cinayət törədirlər", - Titov bildirib.
Onun sözlərinə görə, hazırda rusların istənilən sahədə işləmək imkanı var, ona görə də onlar miqrantların iş yerlərini tutacağından qorxmamalıdır.