Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2024 21:14
Qəzzanın gələcəyini təyin etmək İsrailə düşməz.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna CNN televiziyasına açıqlamasında bildirib.
O, israilli rəsmilərin son zamanlar tez-tez dilə gətirdiyi Qəzza sakinlərinin "könüllü köç" planıyla əlaqədar açıqlamalarını "məsuliyyətsizlik" adlandırıb, məsələyə bu tərz yanşmanın hər iki tərəfi münaqişənin həlli yolundan uzaqlaşdırdığını bildirib:
"Beynəlxalq hüquq prinsipinə geri dönülməlidir. Qəzza gələcəkdə Fələstin dövlətinin bir parçası olmaq istəyən Fələstin torpağıdır. Hər iki tərəf üçün yeganə əlverişli variant olan ikidövlətli həll yolunu dəstəkləyirik".