Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2019 23:04
Türkiyə Superliqa təmsilçisi "Ankaragücü" baş məşqçisi Metin Diyadinlə yolları ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bu qərarın verilməsinə komandanın ölkə çempionatında uğursuz çıxış səbəb olub.
Qeyd edək ki, "Ankaragücü" 11 turdan sonra 9 xalla 17-ci pillədə qərarlaşıb.