Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mukiele qərarını verdi - PSJ-ni bu kluba dəyişir

Mukiele qərarını verdi - PSJ-ni bu kluba dəyişir

Tarix: 8 Yanvar 2024 22:14

Müdafiəçi Nordi Mukiele yaxın günlərdə PSJ-dən ayrıla bilər. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı futbolçunun adı "Bayern" ilə hallandırılır. Mukiele də Münhenə keçməkdə maraqlıdır. "Bayern"in baş məşqçisi Tomas Tuxel Nordini sağ cinah müdafiəçisi mövqeyinə ideal namizəd hesab edir. Müdafiəçi "Bayern"ə sonradan birdəfəlik transfer olunmaq şərtilə icarə əsasında keçə bilər. 

Sövdələşmə PSJ-nin qərarından asılıdır. Liqa 1 nəhəngi ilk növbədə Mukielaya əvəzləyici tapmalıdır. 

Nordi Mukiele 2023/2024 mövsümündə 10 oyun keçirib və bir məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 012 milyon avro qiymətləndirir.

Milli.Az


Etiketlər:  Mukiele qərarını verdi PSJ ni bu kluba dəyişir


RƏYLƏR