Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2024 01:04
Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarükü məsələsini həll etmək üçün danışıqları davam etdirirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
"Rusiya ilə təhvil verilməmiş silahlarla bağlı danışıqlar davam edir. 2021-ci ildən Ermənistanın Rusiya ilə çoxlu müqavilələri var ki, bu sənədlərə əsasən silah verilmirdi. Bu müqavilələr üzrə danışıqlar davam edir", - o söyləyib.
O qeyd edib ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıqla bağlı yeni sənədlər yoxdur.
"Mövcud razılaşmalar çərçivəsində yenilənmələr aparılır, danışıqlar yenidən aparılır. Bu o deməkdir ki, bəzi hallarda müqavilələr yenilənir, bəzi hallarda maliyyə məsələləri başqa variantlarla həll olunur", - Qriqoryan bildirib.