Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə... - FOTO

WhatsApp”dan yenilik: Eyni zamanda həm danışacağıq, həm də birlikdə... - FOTO

Tarix: 9 Yanvar 2024 09:20

"WhatsApp" yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə ki, artıq "Android" cihazlarının istifadəçiləri videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi dinləyə biləcəklər.

"Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək", - deyə ekspertlər bildiriblər.

Həmçinin yeni funksiya istifadəçilərə videonu işə salmağı sinxronlaşdırmağa və virtual baxış sessiyası yaratmağa imkan verir.

Videozəng zamanı səsi paylaşmaq seçimi artıq bəzi beta-tester üçün əlçatandır.

Milli.Az


Etiketlər:  WhatsAppdan yenilik Eyni zamanda həm danışacağıq həm birlikdə FOTO


RƏYLƏR