Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin keçmiş oyunçusu üçün 30 min dollar istənildi

Millinin keçmiş oyunçusu üçün 30 min dollar istənildi

Tarix: 9 Yanvar 2024 14:26

"Araz-Naxçıvan" millinin sabiq yarımmüdafiəçisi Rəhim Sadıxovun xidmətində maraqlıdır.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi onu sıralarına qatmaq məqsədilə "Zirə"yə müraciət edib.

Son vaxtlar "qartallar"ın əsas heyətindəki mövqeyini itirən orta sahə oyunçusunu icarəyə götürmək istəyirlər.

Qəsəbə təmsilçisi isə onunla yollarını birdəfəlik ayırmaq niyyətindədir. Zirəlilər bunun üçün 30 min dollar təzminat tələb edir.

Milli.Az


Etiketlər:  Millinin keçmiş oyunçusu üçün 30 min dollar istənildi


RƏYLƏR