Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda daha bir partlayış: yaralılar var

İranda daha bir partlayış: yaralılar var

Tarix: 9 Yanvar 2024 19:26

İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İRNA məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində (İranın şimalında, Əlborz əyalətində yerləşir - red.) Simin kosmetika müəssisəsində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar", - məlumatda deyilir.

Qeyd olunur ki, bu hadisə nəticəsində bir sıra zərərçəkənlərin ümumi vəziyyəti kritik qiymətləndirilir.

Milli.Az


Etiketlər:  İranda daha bir partlayış yaralılar var


RƏYLƏR