Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 08:16
KXDR lideri Kim Çen In bildirib ki, Koreya Respublikası Pxenyanın nöqteyi-nəzərindən ən düşmən dövlətə çevrilib.
"Report"un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi xəbər verib.
Məlumata görə, o, bunu müdafiə sənayesi müəssisələrinə səfəri zamanı bildirib.
"Kim Çen In qeyd edib ki, indiKoreya Respublikasını KXDR üçün ən düşmən dövlət kimi səciyyələndirməyin vaxtı çatıb", - xəbərdə vurğulanır.
Şimali Koreya liderinin sözlərinə görə, ölkə 80 ilə yaxındır ki, KXDR ilə "şər qarşıdurması" aparır. O qeyd edib ki, Pxenyan müdafiə və nüvə müharibəsindən çəkindirmə imkanlarının gücləndirilməsinə üstünlük verməlidir.
Yanvarın əvvəlində Şimali Koreya 2024-cü ildə Cənubi Koreya ilə müharibə riskini qiymətləndirib.