Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranın gizli təklifi üzə çıxdı - Paşinyan imtina etdi

İranın gizli təklifi üzə çıxdı - Paşinyan imtina etdi

Tarix: 10 Yanvar 2024 11:04

Ermənistan İrandan hərbi texnika alsa, Qərbin dəstəyindən məhrum olacaq.

Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İran Ermənistanla hərbi-texniki sahədə əməkdaşlıq etməyə çalışır:

"Ermənistanda İran üzrə ekspertlərdən biri deyib ki, İran bu ölkəyə hərbi dəstək vermək və hərbi texnika ilə təmin etmək istəyir, ancaq Baş nazir Nikol Paşinyan qonşusundan silah və hərbi texnika almağa çəkinir. Erməni ekspert bu açıqlamanı durduğu yerdə səsləndirməyib, o, İranın mövqeyini Ermənistan ictimaiyyətinə ötürüb. Böyük ehtimalla Paşinyanın hərbi əməkdaşlıqdan imtina barədə məlumatı İranın Ermənistandakı səfirliyinin əməkdaşları özlərinə yaxın bildikləri erməni ekspertə ötürüblər.

Tehran sadə məntiqdən çıxış edib: "Siz Rusiya və uzaq Fransadan hərbi texnika aldığınız halda dostunuz, tərəfdaşınız və dəstəyini sizdən əsirgəməyən İrandan niyə hərbi texnika almırsız?".

Paşinyan İrandan ona görə hərbi texnika almaq istəmir ki, bir ayağı Qərbdədir, Fransadan hərbi texnika alır, Pentaqondan xahiş edir ki, Ermənistan ordusuna təlimlər keçsin. Bunlar varkən, Paşinyan İrandan hərbi texnika alsa, Qərbin dəstəyindən məhrum olacaq. Çünki bu halda Qərb üçün Ermənistanın İrandan aldığı dronlar və raketlər vasitəsilə Ukrayna şəhərlərini bombalayan Rusiyadan fərqi qalmayacaq".

Milli.Az


Etiketlər:  İranın gizli təklifi üzə çıxdı Paşinyan imtina etdi


RƏYLƏR