Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2024 14:00
Afrika futbolunda daha bir lipa qalmaqalı yaşanır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Qabon millisinin oyunçusu və "Srvena Zvezda"nın futbolçusu Qelor Kanqanın anasının 1986-cı ildə vəfat etdiyi üzə çıxıb. Qəribə məqam isə onun şəxsiyyət vəsiqəsində doğum tarixinin 1990-cı il göstərilməsidir. Bu o deməkdir ki, Qelor anasının ölümündən 4 il sonra dünyaya gəlib.
Bu səbəbdən Afrika Millətlər Kubokundan əvvəl Kanqa işi ilə bağlı qitə üzrə futbol assosiasiyasının (CAF) nizam-intizam komitəsinin təcili iclası çağırılıb.
Hər şey Kanqanın Qabonda deyil, Konqoda doğulduğunu düşünən Demokratik Konqo Futbol Federasiyasının araşdırması ilə başlayıb. Araşdırmaların ilkin nəticəsinə görə, Qelor 1990-cı ildə deyil, bundan 5 il əvvəl anadan olub. Onun əsl adı Kiaku-Kiaku Kianqanadır.