Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 09:52
Türkiyədə yanacaqdoldurma məntəqəsində qorxunc partlayışın görüntüləri yayılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, kadrlar Adanadandır. Videodan aydın olur ki, partlayış sürücünün avtomobili yanacaqla doldurarkən baş verib. Həmin vaxt maşında olan üç nəfər tez çıxsa da, hamısı yanıq xəsarəti alıb.
Stansiya əməkdaşlarının və hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.