Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə havada olarkən doğuldu: sərnişinlər “cehiz” topladılar - FOTOlar

Təyyarə havada olarkən doğuldu: sərnişinlər “cehiz” topladılar - FOTOlar

Tarix: 11 Yanvar 2024 20:58

Təyyarə havada olarkən sancısı tutan qadın uşaq dünyaya gətirib. Hadisə Rusiyadan Tacikistana yollanan hava gəmisində baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qadının bəxti gətirib - təyyarənin göyərtəsində hazırda stüardessa olan keçmiş feldşer və tibb bacısı işləyən sərnişin olub. Onlar doğuşu qəbul ediblər və vəziyyəti hava gəmisinin kapitanına bildiriblər.

Doğuş fəsadsız keçdiyi üçün təcili enişə ehtiyac qalmayıb.

"Düşənbə hava limanına çatdıqdan sonra ana və körpəni təcili yardıma təhvil verdik", - deyə baş stüardessa bildirib.

Maraqlıdır ki, sərnişinlər yeni doğulan körpə üçün birbaşa təyyarədə 55 min rubl (1 000 manat) və üç min somoni (460 manat) "cehiz" toplayıblar.

Milli.Az


Etiketlər:  Təyyarə havada olarkən doğuldu sərnişinlər cehiz topladılar FOTOlar


RƏYLƏR