Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın 12 il sonra qohumuna ərə getdiyini öyrəndi

Qadın 12 il sonra qohumuna ərə getdiyini öyrəndi

Tarix: 11 Yanvar 2024 22:22

Amerikalı tiktoker Marsella Hill təsadüfən qohumu ilə evləndiyini aşkar edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Hill bunu əri ilə münasibətini yalnız 12 illik evliliyindən sonra öyrənib. Hamiləlik dövründə o, əcdadlarından birindən gələcək övladına ad götürmək üçün öz əcdadını öyrənmək qərarına gəlib. Qadın ərinə nənə və babasının adını deyəndə o, gözlənilmədən belə cavab verib: "Gülməli. Bizim nənə və babalarımızın adları eynidir".

Diqqətlə yoxlayandan sonra Hill başa düşüb ki, babası nənəsinin əmisi oğludur. "Sonra ərim nənəsinə, mən babama zəng etdim və onlardan bir-birlərini tanıyıb-tanımadıqlarını soruşduq. Məlum oldu ki, əlbəttə, bilirlər! Hətta uşaq ikən birlikdə yaşayıblar", - qadın vurğulayıb.

Qohumluq olduqca uzaq imiş: Hill və əri bir-birinin dördüncü əmisi uşaqlarıdır. Onlar bu kəşfə yumorla reaksiya veriblər və hətta onda bəzi müsbət cəhətlər də tapıblar: indi qohumların görüşlərinə birlikdə gedə bilərlər. Onların qızı dünyaya gələndə ona ulu nənəsi Meri Ceyn Dolların adı verilib.

Milli.Az


Etiketlər:  Qadın 12 il sonra qohumuna ərə getdiyini öyrəndi


RƏYLƏR