Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hande Erçel əsəbiləşdi: "Məni rahat buraxın"

Hande Erçel əsəbiləşdi:

Tarix: 12 Yanvar 2024 00:58

Son günlər istər rol aldığı ekran işləri, istərsə də şəxsi həyatı ilə gündəmdən düşməyən aktrisa Hande Erçel səssizliyini pozub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, daim tənqid hədəfinə çevrilən aktrisa bunun səbəbini anlaya bilmədiyini və artıq yorulduğunu açıqlayıb.

"Həmişə hədəf göstərilməklə üzləşirəm. İstər karyeramda, istərsə də özəl həyatımda hədəf oluram. Bunun səbəbini bilmirəm. Bundan çox yorulur və pis oluram. Bunun səbəbini hələ də tapmış deyiləm. Bu qədər mövzu varkən niyə məhz mən? Öz halımda yaşayan bir insanam. Məni bir az rahat buraxın" deyə, Hande bildirib.

Qeyd edək ki, aktrisa hazırda "Bambaşka biri" serialında baş rollardan birini canlandırır. O, ekran işində etdirdiyi estetiklərə görə duyğularını izləyicilərə ötürə bilmədiyinə görə tənqid olunub. 

Milli.Az


Etiketlər:  Hande Erçel əsəbiləşdi Məni rahat buraxın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ