Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

Tarix: 12 Yanvar 2024 01:04

ABŞ-nin Ukraynaya hərbi yardımı dayanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb.

"Göstərdiyimiz yardım hazırda dayandırılıb", - Kirbi vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketi ayırıb. 2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib. Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar amerikan sərhədlərin mühafizəsinə daha çox maliyyə tələb edirlər.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynaya hərbi yardımı dayandırdı


RƏYLƏR