Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 13:18
Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın BMT-dəki daimi nümayəndəliyi öz teleqram kanalında paylaşıb.
İclas bu gün Bakı vaxtı ilə 19:00-a təyin edilib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına qarşı əməliyyata başlayıb.