Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan çempionatında futbolçular bir-birini yumruqladı

Azərbaycan çempionatında futbolçular bir-birini yumruqladı

Tarix: 12 Yanvar 2024 18:12

Azərbaycan çempionatında bir-birinə yumruq vuran futbolçular cəzalandırılıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, AFFA Region Liqası matçına təsadüf edib.

Belə ki, "Balakən" - "Goranboy Qala" görüşünün 57-ci dəqiqəsində birincilərin oyunçusu Ariz Teymurlu ilə ikincilərin üzvü Xəyal Qasımov əlbəyaxa olduqları üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

Bundan başqa, AFFA U-13 Liqasının EFA ilə görüşündə hakimi təhqir edən "Xəzər Bakı" komandasının baş məşqçisi Cəlal Həsənli 3 oyunluq cəza ilə üzləşib.

Milli.Az


Etiketlər:  Azərbaycan çempionatında futbolçular bir birini yumruqladı


RƏYLƏR