Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

Tarix: 12 Yanvar 2024 22:52

Türkiyə Super Liqasının 15-ci həftəsində baş tutan "Ankaragücü" - "Rizespor" (1:1) matçından sonra paytaxt klubunun prezidenti Faruk Koca tərəfindən hücuma məruz qalan türkiyəli hakim Halil Umut Meler meydanlara geri dönür.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Meler Superliqanın 20-ci həftəsində keçiriləcək görüşə təyinat alıb.

O, 14 yanvar - bazar günü oynanacaq "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.

Qeyd edək ki, 37 yaşlı hakim yaşanan qalmaqaldan sonra karyerasını bitirəcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır


RƏYLƏR