Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynaya kütləvi raket hücumu oldu

Ukraynaya kütləvi raket hücumu oldu

Tarix: 13 Yanvar 2024 09:56

Bu gün səhər saatlarında Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

Bildirilib ki, Kiyev istiqamətinə raketlər atılıb.

Ukrayna Hərbi Hava Qüvvələri vətəndaşları sığınacaqlara girməyə çağırıb.

Həmçinin Kropivnitski şəhərində partlayış səsləri eşidilib.

Məlumata görə, Dnepr vilayətində də güclü partlayış olub. Əraziyə "Kinjal" raketlərinin atıldığı ehtimal edilir.

Hücumlarla əlaqədər olaraq ölkədə hava həyəcanı elan edilib.

Milli.Az


Etiketlər:  Ukraynaya kütləvi raket hücumu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ