Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2024 15:14
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasının Avropadan sıralarına terrorçu cəlb edən nümayəndəsi Faik Aydını öldürüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Bildirilib ki, o, İraqda keçirilən əməliyyat çərçivəsində zərərsizləşdirilib.
Məlumata görə, terrorçunun kod adı "Renas Raperin" olub. O, təşkilat daxilində xüsusi rol oynayıb.
Terrorçu 2015-ci ilə qədər PKK-nı Fransada təmsil edib. 2015-ci ilin avqust ayından isə fəaliyyətini İraqda davam etdirib. F. Aydının qardaşı Saygı Aydın da uzun illər PKK üçün çalışıb. O, 2018-ci ildə zərərsizləşdirilib.